Vaşinqton hərbi təlimləri azaldır, Pekin isə qərarı dəstəkləyir: Koreya yarımadasında yeni gediş
Çin Koreya yarımadasında sabitliyə xidmət edən qərarları dəstəkləyir. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə hərbi təlimlərin miqyasının azaldılması barədə açıqlamasını şərh edərkən bunu bildirib. Bu barədə “Sinxua” məlumat yayıb.
“Çin müvafiq məlumatları nəzərə alıb. Koreya yarımadasında sülh və sabitliyin qorunması və yarımada probleminin siyasi yolla həllinə yardım göstərilməsi bütün tərəflərin ümumi maraqlarına cavab verir”, – deyə diplomat bildirib.

