Meksikanın məşhur Puerto-Vallarta kurortunda timsah 28 yaşlı kişiyə hücum edərək onu dənizə sürükləyib. ABC News-un məlumatına görə, faciə avqustun 7-də axşam saatlarında Marriott Puerto Vallarta Resort and Spa otelinin qarşısındakı çimərlikdə baş verib.
Xilasetmə əməkdaşları kişinin meyitini sahildən təxminən 300 metr aralıda tapıblar.
Otel rəhbərliyindən bildirilib ki, çimərlikdə təhlükə barədə xəbərdarlıq nişanları yerləşdirilib, gecə saatlarında patrul xidməti aparılır və istirahətçiləri təhlükə barədə məlumatlandıran qırmızı bayraqlar asılır.
Otel nümayəndələrinin sözlərinə görə, əməkdaşlar fövqəladə hallarda davranış qaydaları üzrə təlim keçiblər və təhlükəsizlik tədbirləri mütəmadi olaraq nəzərdən keçirilir.

