İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin Sülh Şurasının Qəzza sektorundakı vəziyyətin tənzimlənməsi ilə bağlı təklif etdiyi 15 bəndlik planı qəbul etməyəcəyini açıqlayıb.
İsrail mediasının məlumatına görə, Netanyahu bildirib ki, İsrail ordusu HƏMAS tam tərksilah olunana qədər mövqelərini tərk etməyəcək.
“HƏMAS silahlarını təhvil verməlidir. Söhbət ağır, yüngül və bütün digər silahlardan gedir. Bizə formal deyil, real tərksilah lazımdır”, – deyə Netanyahu bildirib.
ABŞ-nin təşəbbüsü ilə yaradılan Sülh Şurasının planında Qəzzadakı silahlı Fələstin qruplarının mərhələli şəkildə tərksilah edilməsi, təhlükəsizliyin təmin olunması üçün beynəlxalq qüvvələrin bölgəyə yerləşdirilməsi və İsrail ordusunun tədricən geri çəkilməsi nəzərdə tutulurdu.

