Şəmkirdə ağır yol qəzası baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2106” və “KİA” markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar olub.
Daha sonra ölənlərin sayı 4-ə çatıb.
Son məlumata görə, yol qəzasında ikisi uşaq olmaqla 5 nəfər ölüb.

