Beyləqan rayonunda qadın su kanalında boğulub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə Yuxarı Qarabağ kanalının rayonun II Aşıqlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qadının tapılması üçün axtarış-xilasetmə tədbirləri davam etdirilir.

