May ayında ABŞ Prezidenti Donald Trampın administrasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəhbərliyi ilə danışıqlar təşkil etmək üçün İraq Kürdüstan Regionunun prezidenti Neçirvan Bərzaniyə müraciət edib.
DenMedia.az xəbər verir ki, bu barədə Axios agentliyi məlumat yayıb.
“Vasitəçi kimi İraq Kürdüstanının prezidenti Neçirvan Bərzani seçildi. Onun çox az adamın fəxr edə biləcəyi bir üstünlüyü var idi: həm ABŞ-ın, həm də SEPAH rəhbərliyinin etimadını qazanmışdı”, – nəşrin məlumatında qeyd olunur.
Nəşrin məlumatına görə, ABŞ-ın bu addımı Vaşinqtonun Tramp administrasiyasının “əmin olmadığı” ölkə ilə danışıqlar aparmasının nə qədər çətin olduğunu göstərir.
Qeyd olunur ki, ABŞ üçün əsas problem qərarların qəbuluna cavabdeh şəxslərlə dialoq qurmaq, həmçinin həm Ağ Evin, həm də Tehranın etibar etdiyi vasitəçiləri tapmaqdır.

