Rusiyalı UFC çempionu İslam Mahaçev UFC 330 turnirinin əsas döyüşündə irlandiyalı İen Maçado Qerrini məğlub edərək yarımorta çəki üzrə çempionluq titulunu qoruyub. Döyüş Filadelfiyada keçirilib.
Beş raund davam edən qarşılaşma Mahaçevin hakimlərin yekdil qərarı ilə qələbəsi ilə başa çatıb – 49:46, 49:46, 48:47.
Bu qələbə 34 yaşlı Mahaçevin peşəkar MMA karyerasında 29-cu qələbəsi olub. O, həmçinin UFC-də ardıcıl qələbələr seriyasını 17 döyüşə çatdıraraq yeni rekord müəyyənləşdirib və Anderson Silvanın əvvəlki 16 qələbəlik rekordunu geridə qoyub.
Mahaçev uzun müddət yüngül çəki divizionunda dominantlıq etdikdən sonra yarımorta çəkiyə yüksəlib. O, yüngül çəkidə titulunu dörd dəfə ardıcıl müdafiə etməklə bu göstərici üzrə də rekord müəyyənləşdirib.
Rusiyalı döyüşçü yeni çəkidə də çempionluğa yüksəlib. O, 2025-ci ilin noyabrında avstraliyalı Cek Della Maddalenanı məğlub edərək yarımorta çəki üzrə UFC kəmərinə sahib olub.
Mahaçevin UFC 330-dakı qələbəsi onun karyerasında daha bir tarixi səhifə açıb.




