Britaniyanın böyük həbsxanalarından birində yüzlərlə kamera işçi çatışmazlığı səbəbindən boş qalır.
The Telegraph qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, York şəhəri yaxınlığında yerləşən Millsike kişi həbsxanası 2025-ci ilin martında fəaliyyətə başlayıb və 1,5 min məhbus üçün nəzərdə tutulub. Lakin hazırda təxminən 350 kamera boşdur.
Tikintisinə 400 milyon funt sterlinq xərclənən yeni “superhəbsxanada” lazımi sayda əməkdaşın işə cəlb olunması mümkün olmayıb. Rəhbərlik yeni işçilərin seçilməsi və hazırlanması ilə məşğul olsa da, onların bir qismi qısa müddət sonra işdən ayrılır.
Mənbə vəziyyəti “kranı tam gücü ilə açılmış, lakin tıxacın çıxarıldığı” vəziyyətlə müqayisə edib.

