HƏMAS Qəzza zolağında vəziyyətin nizamlanması üçün hazırlanan sülh planının iki bəndini qəbul etməyə hazır olduğunu açıqlayıb.
Al Arabiya telekanalının məlumatına görə, hərəkatın Qəzzadakı rəhbərliyi xaricdəki rəhbərliyə planın 5-ci və 8-ci bəndlərinə razılıq verdiyini bildirib.
Sözügedən bəndlər Qəzzada HƏMAS-ın hərbi və mülki strukturlarının ayrılmasını, həmçinin hərəkatın silahlı dəstələrinin beynəlxalq nəzarət altında mərhələli şəkildə tərksilah edilməsini nəzərdə tutur.
Xatırladaq ki, 22 yanvar tarixində Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza zolağının idarə olunması məqsədilə yaradılan Sülh Şurasının Nizamnaməsini imzalayıblar.

