ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetin müəyyən dairələrdə əleyhdarlarının ola biləcəyini istisna etməyib.
Tramp bu barədə Ağ Evin Oval kabinetində jurnalistlərin müdafiə qurumunda mümkün kadr dəyişiklikləri ilə bağlı suallarını cavablandırarkən danışıb.
“Yəqin ki, onun əleyhdarları var”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp ölkədə dördulduzlu generalların sayının çox olduğunu da qeyd edib. Onun fikrincə, həmin generallar ultraliberal baxışlara malikdirlər və bu, dövlət başçısının narazılığına səbəb olur.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında Pentaqon rəhbərinə qarşı impiçment məsələsinin səsverməyə çıxarılmasının planlaşdırıldığı barədə məlumat yayılıb.
Respublikaçılar Partiyasının üzvü Tomas Massi Konqres gələn həftə işini bərpa etdikdən sonra Heqsetə qarşı impiçment təşəbbüsünü yenidən gündəmə gətirmək niyyətində olduğunu açıqlayıb.
Daha əvvəl Trampın İranla uzanan müharibəyə görə məsuliyyəti kimin üzərinə qoyacağını müəyyənləşdirməyə çalışdığı barədə də xəbərlər yayılıb.
İddialara görə, ABŞ Prezidenti müşavirlərindən Pentaqon rəhbəri Pit Heqsetin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin fəaliyyəti barədə məlumat alıb.
Trampın diqqətinin əsasən ona müharibənin qısa müddətdə başa çatacağını vəd edən şəxslərə yönəldiyi bildirilir.

