ABŞ-nin dövlət katibi və Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio vəzifəsindən ayrılmağa hazırlaşdığı barədə mətbuatda yayılan məlumatları qəti şəkildə təkzib edib.
“The New York Times” qəzetinə müsahibə verən Rubio onun növbəti prezident seçkilərinə hazırlaşmaq məqsədilə istefa vermək niyyətində olduğu barədə iddialara münasibət bildirib.
Dövlət katibinin sözlərinə görə, onun əsas planı həmişə Donald Trampın prezidentlik müddəti başa çatanadək administrasiyada çalışmaq olub.
Rubio hazırkı vəzifələrini tərk etmək niyyətində olmadığını, diqqətini üzərinə düşən vəzifələrin icrasına yönəltdiyini vurğulayıb. O, istefası ilə bağlı mətbuatda yayılan iddiaların əsassız olduğunu qeyd edib.
“Mən işimi sevirəm. Üstəlik, kimsə vəzifəmdən gedəcəyimi deyəndə həmişə gülürəm. Cavabında soruşuram: ‘Hansı vəzifəmdən?’” – deyə Rubio bildirib.

