Türkiyənin tanınmış müğənnisi Sinan Özen konsertdən qayıdarkən yol-nəqliyyat hadisəsinə düşüb. Sənətçinin qəzaya uğraması pərəstişkarları arasında narahatlıq yaradıb.
Noyabrın 3-də Tokatda konsert proqramı ilə çıxış edən müğənni tədbirdən sonra İstanbula qayıtmaq üçün yola düşüb. Onun olduğu avtomobil Sakarya şəhərində avtomagistralın ödəniş məntəqəsi yaxınlığında qəzaya uğrayıb.
Sinan Özenlə birlikdə avtomobildə onun qardaşı və meneceri Hızır Özen də olub.
Məlumata görə, hər iki qardaş qəzadan xəsarət almadan xilas olub.
Hadisə barədə ilk məlumatı Hızır Özen sosial şəbəkə hesabında paylaşıb. O, qəzaya uğrayan avtomobillərin fotolarını yayımlayaraq bunları yazıb:
“Tokatdan qayıdarkən Sakarya ödəniş məntəqəsində qəzaya düşdük. Allaha şükür, yaxşıyıq”.
Qəza nəticəsində Sinan Özen və qardaşının xəsarət almadığı təsdiqlənib.
Hadisənin necə baş verdiyi ilə bağlı isə ətraflı məlumat verilməyib.



