Noyabrın 7-də Azərbaycanda bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq. Gündüz bəzi ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi və şimşək çaxacağı ehtimal olunur. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 8–11, gündüz 15–18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761-dən 754 mm civə sütununa enəcək, nisbi rütubət 70–80 faiz təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8–12, gündüz 14–17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 2–6 dərəcə isti olacaq.

