Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 4 hərbi qulluqçusuna ali hərbi rütbələr verilib.
DenMedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları ali hərbi rütbələrə layiq görülüblər:
“General-leytenant” ali hərbi rütbəsi:
- general-mayor Babək Mürsəl oğlu Ələkbərov
- general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov
- general-mayor Faiq Həmzəağa oğlu Məmmədov
“General-mayor” ali hərbi rütbəsi:
- polkovnik Elfan Şakir oğlu Quliyev

