“İllik təhsil xərci dövlət sifarişi əsasında təhsil alan tələbələr üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunan bir qiymət meyarıdır. İllik təhsil haqqı isə bir il ərzində tələbənin ödədiyi məbləğdir.
Məsələn, tibb ixtisasında dövlət sifarişli oxuyan tələbə üçün illik 8 min manat təhsil xərci nəzərdə tutulub. Bu ixtisasda ödənişli əsasla oxuyan tələbə isə illik 4500 manat təhsil haqqı ödəyir. Bunlar tamamilə fərqli anlayışlardır”.
Den.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.
O bildirib ki, dövlət sifarişli və bahalı ixtisaslarda 3 və ya 5 nəfər abituriyentin qəbulu aparılır:
“Həmin ixtisasların təhsil xərcinə tələbələrə qrossmeysterin təyin olunması, onlara musiqi alətləri və digər avadanlıqların alınması, dərs deyən müəllimin təhsil haqqının ödənilməsi və s. daxildir”.
Ekspertin sözlərinə görə, bu ixtisaslarda dövlət sifarişi ilə təhsil alan hər bir tələbəyə görə dövlət büdcəsindən universitetə ödəniş olunur:
“Yəni kimsə pulsuza qəbul olubsa, bu o demək deyil ki, o, pulsuz oxuyur. O da pulla oxuyur, sadəcə onun ödənişi dövlət büdcəsi hesabına qarşılanır”.
Bakalavr pilləsi üzrə ən bahalı ixtisaslar:
1. Bəstəkarlıq (illik təhsil xərci 9000 AZN);
2. Dirijorluq (illik təhsil xərci 9000 AZN);
3. İnstrumental ifaçılıq (illik təhsil xərci 9000 AZN);
4. Vokal sənəti (illik təhsil xərci 9000 AZN).
Magistratura pilləsi üzrə ən bahalı ixtisaslar:
1. Bəstəkarlıq (illik təhsil xərci 10 000 AZN);
2. Dirijorluq (illik təhsil xərci 10 000 AZN);
3. İnstrumental ifaçılıq (illik təhsil xərci 10 000 AZN).
Digər ixtisaslara dövlət büdcəsindən ayrılan illik təhsil xərcləri:
1. Dekorativ tətbiqi sənət 7000 AZN
2. Qrafika 7000 AZN Rəngkarlıq 7000 AZN
3. Heykəltaraşlıq 7000 AZN
4. Stomatologiya 7000 AZN Tibb 8000 AZN
5. Musiqişünaslıq 8200 AZN
6. Bəstəkarlıq 9000 AZN Dirijorluq 9000 AZN
7. İnstrumental ifaçılıq 9000 AZN
8. Vokal sənəti 9000 AZN
Şahnaz Əliyeva
Den.az
Azərbaycanın ən BAHALI ixtisasları - Hər il 10 min manat ödənilir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.