2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan V-VI siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək.
Denmedia.az xəbər verir ki, bu, Elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə imzaladığı əmrdə öz əksini tapıb.
Qeyd edək ki, ötən illər tədrisi digər dillərdə aparılan VI siniflərdə "Azərbaycan tarixi" fənni həmin dilə uyğun təşkil edilirdi.
Şahnaz Əliyeva
Denmedia.az