Ölkə ərazisində son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan bəzi məktəblərdə, xüsusilə ucqar kəndlərdə şagirdlərin davamiyyətində azalma qeydə alınıb.
Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, bəzi ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yarandığı üçün şagirdlərin və pedaqoji heyətin təhlükəsizliyi prioritet hesab olunur.
“Bu səbəbdən mürəkkəb relyefə malik ərazilərdə yerləşən az sayda təhsil müəssisəsində tədris prosesi dayandırılıb. Davamiyyətdə qısamüddətli fasilə müşahidə olunan məktəblərdə buraxılan dərslərin bərpası üçün zəruri tədbirlər görüləcək”, — deyə məlumatda qeyd olunub.

