Bakıda ana və qızı eyni vaxtda ali məktəbi bitiriblər.
“Azərbaycan Universitetləri”nin məlumatına görə, 44 yaşlı Aygün Qasımova 2022-ci ildə 389 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olunub.
Elə həmin il onun qızı Nərmin Qasımova 638,4 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Aygün Qasımova ali təhsilə 40 yaşında başlayıb və bu il, 44 yaşında universiteti fərqlənmə diplomu ilə başa vurub.
Beləliklə, ana və qız eyni ildə ali məktəb məzunu olublar.

