Azərbaycanda 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə ixtisas seçimi üçün ərizələrin qəbulu avqustun 9-u saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, avqustun 7-si saat 09:45-ə olan məlumata əsasən, 7 437 abituriyent elektron ərizəsini təsdiqləyib.
Onlardan 7 084 nəfəri Azərbaycan bölməsi, 353 nəfəri isə rus bölməsi üzrə sənəd təqdim edib.
DİM xatırladıb ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər müəyyən olunmuş müddət başa çatana qədər elektron ərizələrini mütləq təsdiqləməlidirlər.

