Yeni tədris ili Abşeron rayonu ümumtəhsil müəssisələrində də böyük hazırlıq və yeniliklərlə başlayıb.
Rayonda yeni dərs ilinin başlanması ilə əlaqədar 47 məktəbdə “Bilik Günü” tədbirlərinin keçirilib.
Hazırda Abşeron rayonunda ümumilikdə 47 ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu təhsil müəssisələrində şagirdlərin təlim-tərbiyəsi ilə 4085 müəllim məşğul olur.
Cari tədris ilində Abşeron rayonunda 7020 şagird ilk dəfə məktəbə qədəm qoyur. Onların ilk dərs günü yeni biliklərə, dostluqlara və məktəb həyatına açılan mühüm bir mərhələnin başlanğıcı olacaqdır.
Yeni tədris ilində rayonun ümumi təhsil müəssisələrində ümumilikdə 87902 şagird təhsilini davam etdirəcək. Onlardan 8388 şagird 9-cu sinifdə, 5931 şagird isə 11-ci sinifdə oxuyaraq təhsil pilləsinin növbəti mərhələsinə hazırlaşacaq.
Qeyd edək ki, cari tədris ilində 2778 uşağın məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.
Yeni tədris ili ərəfəsində Abşeron rayonunda təhsil infrastrukturunun yenilənməsinə də diqqət yetirilib.

