21 
apr
2024
10:30
84

Gürcüstandakı etirazların PƏRDƏARXASI: İvanişvili nəyə nail olmaq istəyir?

21 apr, 2024
10:30
84

Gürcüstandakı etirazların PƏRDƏARXASI: İvanişvili nəyə nail olmaq istəyir?

"Ötən il dekabrın 5-də Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusu aldı. Bununla bərabər Aİ 9 şərt qoydu ki, yalnız bunların icrasından sonra üzvlük müzakirələri başlaya bilər. Şərtlər təbii ki, demokratikləşmə, insan haqları, məhkəmə müstəqilliyi, ədalətli seçki ilə əlaqəli məsələlərdir. Lakin bir şərt də var: deoliqarxizasiya. Burada ad çəkilmədən Bidzina İvanişvilinin dövlət idarəçiliyindəki dominant rolunun ləğvi, ölkənin onun nəzarətindən çıxarılması tələb edilir".

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Şahin Cəfərli səsləndirib.

"Aİ-nin qərarı İvanişvilinin pərdə arxasından növbəti dəfə çıxaraq aktivləşməsinə səbəb oldu. O, "Gürcü Arzusu"nun 30 dekabr tarixli qurultayında özünü partiyanın fəxri sədri seçdirdi. Nizamnaməyə isə belə bir maddə daxil etdi ki, partiya hökuməti formalaşdırarkən baş nazir vəzifəsinə namizəd fəxri sədr tərəfindən irəli sürülür. Sonra İvanişvili növbəti baş nazir dəyişikliyinə gedərək Qaribaşvilini ən güvəndiyi kadrı olan Kobaxidze ilə əvəz etdi. Nəticədə qoca oliqarx həm partiya, həm də dövlət üzərində nəzarətini daha da gücləndirdi".

"İndi ölkənin avrointeqrasiyanı sabotaj edən "Xarici agent" haqqında qanun layihəsini təkrar gündəmə gətirməklə İvanişvili ölkəyə sahibliyini qorumağa çalışır. Onun Brüsselə verdiyi mesaj budur ki, Gürcüstanı qəbul edirsinizsə, bu şəkildə edin, məni əlimdəki dövlət gücündən məhrum edib, şəxsi taleyimə və kapitalıma təhlükə yaratmağa çalışmayın. Şübhəsiz ki, Bidzina Moskva ilə qapalı kanallarla müntəzəm əlaqədədir. Tbilisidə etiraz aksiyasının daha izdihamlı alınması isə bir daha göstərir ki, avrointeqrasiya xalqın qırmızı xəttidir və bu məsələdə cəmiyyətin konsensusu var", - politoloq vurğulayıb.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar