24 
apr
2024
10:00
33

"Bu, bu, erməni diasporu və lobbisinin əlinə oynamaq deməkdir" - ŞOK DETALLAR

24 apr, 2024
10:00
33

"Bu, bu, erməni diasporu və lobbisinin əlinə oynamaq deməkdir" - ŞOK DETALLAR

"ABŞ-da Bakıya qarşı gündəmə gələn “sanksiya siyahısı”nın əsas səbəbi kimi Azərbaycanda insan haqları və sair məsələlər göstərilsə də, hədəf 44 günlük müharibə və Qarabağda erməni separatizminin ləğvinə görə cəza tədbirlərinin tətbiq edilməsidir". 

Bu fikirləri "Den.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib.

"Təşəbbüsün müəllifinə və mahiyyətinə diqqət edəndə bu aydın görünür.  Birincisi, “Azərbaycanda sanksiyalara baxış aktı” adlanan sənədin müəllifi Dina Titus erməni lobbisinin ən aktiv üzvlərindəndir, Amerika Erməni Milli Komitəsinin (ANCA) rəsmi saytında onu tərənnüm edirlər; İkincisi, Titus bu təşəbbüslə bağlı ötən həftə ANCA-nın qondarma “erməni soyqırımı” münasibətilə keçirdiyi mərasimdə danışıb və açıq şəkildə bildirib ki, “bu sənəd “artsax”da etnik təmizləməni idarə edən və ya həyata keçirən Azərbaycan rəsmilərinə qarşı müxtəlif sanksiyalar tətbiq edəcək. Bu cür hərəkətlərə görə onların cavab vermək vaxtıdır”; Üçüncüsü, “sanksiya siyahısına” 44 günlük müharibədə və anti-terror əməliyyatında iştirak edən yüksəkrütbəli hərbçilərimizin daxil edilməsi bunu təsdiq edir, misal üçün, general Hikmət Mirzəyevin də adı bu siyahıdadır: erməni lobbisi ərazi bütövlüyümüzün bərpa edilməsi və erməni seprataçılarının təmizlənməsini həyata keçirən hərbçilərimizi cəzalandırmaq niyyətindədir; Sanksiya təşəbbüsünün qəbul edilməsi perspektivi zəifdir, xüsusilə Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində müzakirələrdən ABŞ prezidentinə təqdimata qədər uzanan prosedur qaydaları bunu deməyə əsas verir. Eyni zamanda, ABŞ-ın xarici siyasət maraqları bunun mümkün olması ehtimalını azaldır. Sanksiya təşəbbüsünü erməni lobbisinin qondarma “soyqırımı”nın ildönümündə ANCA-ya “hədiyyəsi” də hesab etmək olar. Burada ən vacib məqam Azərbaycanda erməni lobbisinin sırf erməni maraqlarının nəzərdə tutulduğu bu təşəbbüsünü alqışlayanların olmasıdır. Sual yaranır: bu təşəbbüsü alqışlayanlar “sanksiya siyahı”sı ilə tanış olublarmı, yoxsa oxumadan, mahiyyətinə varmadan dəstəkləyirlər?! Hər iki halda bu, erməni diasporu və lobbisinin əlinə oynamaqdır".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar