ABŞ konqresmeni Frank Peloni yaxın saatlarda Bakını tərk etməyə hazırlaşır.
Den.az xəbər verir ki, “Qafqazinfo” diplomatik mənbələrdən məlumatı dəqiqləşdirməyə çalışıb.
Məlum olub ki, Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloni “yaddan çıxdığını” zənn edib, Azərbaycanda bu səviyyədə ictimai qəzəblə qarşılaşacağını gözləmirmiş.
Dünən Bakıya gələn, hava limanında və COP29-da Azərbaycan mediasının suallarından qaçmağa çalışan, ötən gün COP29-da ABŞ Konqresinin brifiqinə də çıxmağa razılaşmayan Frank Pelonini axşam qaldığı otelin qarşısında qəzəbli QHT fəalları qarşılayıb. “Pellone, rədd ol!” şüarları ilə otelə mühafizəçilərinin və yerli hüquq mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilən ABŞ konqresmeni bütün görüşlərini ləğv edib. Onun oteldə otağından çıxmadığı bildirilir. Frank Peloni Azərbaycan xalqının hiddətindən ehtiyat edir.
Bu gün növbəti dəfə Azərbaycan QHT təmsilçilərinin Peloninin qaldığı otelin qarşısında etiraz aksiyasından sonra onun Bakıya səfərini yarımçıq qoyaraq qaçmağa hazırlaşdığı bildirilir.
Qeyd edək ki, Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Pelonidən Azərbaycan xalqından üzr istəməsi, ölkəmizə qarşı iftira kampaniyalarına görə cavab verməsi, ölkəni dərhal tərk etməsi tələb olunur. O, ABŞ-də islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi ad çıxarıb, fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. F.Peloni ABŞ-də erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib.
Bu gün Azərbaycanın bir qrup QHT rəhbərləri və ictimai fəalları ötən gün ABŞ konqresmeninin göstərişi ilə onun mühafizəçiləri tərəfindən şiddətə məruz qaldıqlarına, xəsarətlər aldıqlarına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət ediblər. Onlar həmin mühafizəçilərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.
QHT nümayəndələri Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində də hüquqi tədbirlər görülməsini tələb ediblər.
Bakıdan qaçmağa hazırlaşır: Görüşləri ləğv edildi – TƏCİLİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.