Ermənistanın infrastruktur naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan Nikol Paşinyanın iştirak etdiyi təcili iclasa çağırılıb.
“Den.az” bu barədə “Sputnik Ermənistan”a istinadən xəbər verir.
Qeyd olunur ki, onlar Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi yazıblar.
Məlumatlara görə, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan da istefa verib.
Yayılan digər informasiyaya görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da tutduğu vəzifədən istefa ərizəsi yazıb.
Səs-küylü istefaların hələ rəsmi təsdiqi yoxdur. Baş nazirin tezliklə qərar verəcəyi gözlənilir.
Qeyd edilir ki, bütün bunlar Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə verdiyi töhmətin əlamətləridir.
Fotoda Rüstəm Badasyan
Fotoda Qnel Sanosyan
Fotoda Vahe Kazaryan
Fotoda Arqişti Kyaramyan
Fotoda Sasun Xaçatryan
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.