Astara rayonunda gəlinlə qayınana arasında baş verən mübahisə dava ilə nəticələnib.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir) qayınanası ilə mübahisə edib. Mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib.
Gəlin qayınanasına sillə vurub, daha sonra dırnaqları ilə onun üzünü cırmaqlayıb.
Zərərçəkmiş qadının şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəlib. M.Əsədova saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.
Məhkəmə araşdırması zamanı zərərçəkmişə dəymiş ziyan ödənilib və tərəflər barışıblar.
Məhkəmə bu halları nəzərə alaraq cinayət işinə xitam verib.

