Noyabrın 4-dən 195 və 195E nömrəli avtobusların hərəkət sxemi dəyişdirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, dəyişiklik Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində yerləşən körpünün yenidən qurulması ilə əlaqədardır.
Təmir işləri körpünün Bakı istiqamətindəki köməkçi hərəkət hissəsində aparılacaq.
Yenidənqurma müddətində 195 və 195E nömrəli avtobuslar magistral yolun əsas hərəkət hissəsi ilə hərəkət edəcək.

