Azərbaycanda 2027-ci ildən uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin və 3 yaşınadək uşağa qulluq üçün nəzərdə tutulan aylıq ödənişlərin artırılması planlaşdırılır.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsində qeyd edilib.
Layihəyə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata çatdırılması nəzərdə tutulur.
Bununla yanaşı, 3 yaşınadək uşağa qulluq üçün ödənilən aylıq müavinətin 37 manat 58 qəpikdən 100 manata yüksəldilməsi planlaşdırılır.
Beləliklə, birdəfəlik müavinətin 900 manat, aylıq ödənişin isə 62 manat 42 qəpik artırılması təklif olunur.
Qeyd edək ki, dəyişikliklər hələlik layihə mərhələsindədir.

