Pakistan Hindistana qurudan və havadan cavab zərbələri endirib.
Den.az TASS-a istinadən xəbər verir ki, cavab zərbələri barədə qərar İslamabadda mülki infrastruktur obyektlərinin zədələnməsi və mülki şəxslərin yaralanması səbəbindən qəbul edilib. Belə ki, Hindistandan atılan raketlərdən biri insanların olduğu məscidə düşüb. Nəticədə 3 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Pakistanın Hindistandakı hədəfləri raket və toplardan atəşə tutduğu, Hindistana məxsus iki qırıcını vurduğu bildirilir.