Ukrayna Prezidenti Vladimir Zelenski, İstanbulda Rusiya ilə keçiriləcək danışıqlarla bağlı yeni açıqlama verib.
Bu barədə “Unian” məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, Ukrayna hakimiyyəti avropalı tərəfdaşlar və ABŞ-la birgə yeni diplomatik addımlara hazırlaşır. Zelenski əlavə edib ki, iyunun 2-nə təyin olunan danışıqlara Rusiya nümayəndə heyətinin hansı gündəliklə qatılacağı barədə dəqiq informasiya yoxdur:
"Bu barədə Türkiyədə, ABŞ-da və digər tərəfdaş ölkələrdə də məlumat yoxdur. Hələlik bu, çox ciddi görünmür".
O bildirib ki, ötən gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bu məsələni müzakirə edib.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyasl Bəşirov Den.az-a mövzunu şərh edərək bildirib ki, Zelenski'nin bu açıqlaması, Ukrayna'nın diplomatik səylərini genişləndirmək və beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu göstərir. Rusiya ilə keçiriləcək danışıqlarda konkret gündəlik və mövzularda razılığın olmaması, danışıqların nə dərəcədə təsirli olacağı barədə suallar doğurur.
Türkiyə və ABŞ kimi ölkələrin bu danışıqlarda iştirak etməsi və onların potensial təsiri, regionda sülh və sabitlik üçün əhəmiyyətli ola bilər. Ancaq bu mərhələdə, danışıqların konkret nəticə verib-verməyəcəyi hələ də qeyri-müəyyəndir.
Zelenski'nin Ərdoğanla müzakirə aparması, Türkiyənin bu prosesdə vasitəçi rolunu oynaya biləcəyini göstərir. Lakin, danışıqların nəticəsi üçün əsas olan, tərəflərin konkret nəticəyə yönəlmiş iradəsi və hazırlığıdır.
Xəyasl Bəşirov əlavə edib ki, bu danışıqların nəticəsi, regionda güc balansını və gələcək diplomatik addımlara təsir edə bilər. Ukrayna və Rusiya arasındakı vəziyyətin həllinə yönəlmiş hər bir səylər, beynəlxalq siyasət və diplomatik münasibətlərdə əhəmiyyətli rol oynayacaqdır.
Ellad Rəsul
Den.az