Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentində baş verən kütləvi ixtisarlara istehzalı münasibət bildirib.
Den.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, teleqram kanalında paylaşdığı açıqlamada amerikalı diplomatların uzun illər dünyaya insan hüquqlarını yalnız ABŞ-ın “kanonik şəkildə” qoruduğunu sübut etməyə çalışdığını xatırladıb.
RİN rəsmisi qeyd edib ki, indi həmin hüquqların pozulmasından şikayət edənlər elə ABŞ-dır.
Zaxarova 1300 nəfərin işdən çıxarılmasını ABŞ-da insan hüquqları ilə bağlı bəyanatlara zidd addım kimi qiymətləndirib və qeyd edib ki, Dövlət Departamentinin bu qərarı dövlət xərclərinin azaldılması ilə əsaslandırılsa da, əslində ölkə daxilindəki ziddiyyətləri üzə çıxarır.