Avropa İttifaqı Rusiya ilə əməkdaşlıq formatını dəyişməzsə, dağılma təhlükəsi ilə üzləşəcək.
Den.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikri Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet bildirib.
Şeremetin sözlərinə görə, anti-Rusiya siyasəti Aİ ölkələrinin iqtisadiyyatını daha həssas hala gətirib və bu, tezliklə vətəndaşların narazılığına və genişmiqyaslı etirazlara səbəb ola bilər.
O, Aİ iqtisadiyyatının yüksək enerji xərcləri səbəbindən ABŞ-la rəqabət apara bilmədiyini vurğulayıb. Deputat buna səbəb kimi, Aİ-nin mövcud rəhbərliyinin, xüsusən Ursula fon der Leyen kimi siyasətçilərin Rusiya ilə qarşıdurmanı prioritetə çevirməsini göstərib. Şeremet hesab edir ki, bu siyasət Aİ vətəndaşlarının rifahına ciddi zərbə vurur.