Türkiyənin İspaniya və İtaliya ilə dərinləşən müdafiə əlaqələri Afinada ciddi narahatlıq yaradıb və Şərqi Aralıq dənizində güc balansını dəyişib.
Denmedia.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yazıb.
Hesabatda qeyd olunur ki, Ankara İspaniya ilə 300 metrlik milli təyyarə gəmisi layihəsi (MUGEM) və TCG Anadolu kanalı ilə hərbi əməkdaşlığı gücləndirib, həmçinin Madridin “Eurofighter” tədarükünü təxirə salaraq Türkiyəyə əlavə döyüş təyyarəsi satışı üçün razılıq verdiyi bildirilir.
Türkiyə və İspaniya vertolyotlar, peyklər və təlim təyyarələri sahəsində birgə layihələr həyata keçirir. Eyni zamanda, Türkiyə-İtaliya əməkdaşlığı diqqət çəkir. Baykar şirkəti İtaliyanın “Piaggio Aerospace” şirkətini alaraq Avropa İHA bazarına giriş əldə edib və Leonardo ilə pilotsuz uçuş aparatları hazırlamaq üçün əməkdaşlıq edir.
Türk şirkətləri həmçinin “Beretta”, MES və “Magnaghi” “Aerospace” ilə silah və təyyarə hissələri istehsal zənciri qurur, vertolyotlar, dəniz patrul təyyarələri və peyk sistemləri birgə istehsal edilir, Türkiyə İtaliyaya raket tədarük edir.
Hesabatda vurğulanır ki, Ankara və Roma əməkdaşlığı təkcə müdafiə ilə məhdudlaşmır, eyni zamanda Liviya siyasətində və Yaxın Şərq məsələlərində yaxın mövqe tutur.
Yunan mətbuatı bildirir ki, bütün bu əməkdaşlıqlar Türkiyənin bölgədə hərbi çəkindirici gücünü artırır və Afinada, həmçinin Cənubi Kipr Rum Administrasiyasında ciddi narahatlığa səbəb olub. Globalinfo...