Yaxın vaxtlarda Laçın şəhərinə 20 ailə, ilin sonuna qədər isə 40 ailə köçürüləcək.
Denmedia.az xəbər verir ki, bunu Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, indiyədək Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb.
Xüsusi nümayəndə həmçinin qeyd edib ki, Laçında yenidən qurma işləri sürətlə davam etdirilir.