“Rusiya qazının Azərbaycan üzərindən İrana nəqli yaxın zamanda başlaya bilər”.
Denmedia.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
O, “Qazprom”la bu istiqamətdə bütün məsələlərin həll edildiyini bildirib:
“Ümid edirik ki, bu, yaxın vaxtlarda baş verəcək. Hazırda “Qazprom”la danışıqlar aparırıq və demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmalıyıq. Əgər bu məsələ də həll olunarsa, o zaman hər şey tamamlanacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın energetika naziri Sergey Tsivilev İranla ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclası zamanı Rusiya qazının mövcud infrastruktur vasitəsilə Azərbaycan ərazisindən ilk nəqlinə 2025-ci ildə başlanacağını bəyan etmişdi. Məlumata görə, həcmi ildə 1,8 milyard kubmetrə çatacaq. Globalinfo