“Çin Rusiya ilə yaxınlaşmağa məcbur olacaq. Çünki Moskva Qərbə tab gətirə bilməsə, Pekin də çətin vəziyyətə düşəcək”.
DenMedia.az xəbər verir ki, bu barədə Rusiya Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin 2030-cu ilə dair proqnozunda deyilir.
Onun çıxışı Telegram kanallarında yayılıb.
“Vaşinqton Moskva və Pekini əzməkdə aciz olduğunu başa düşəndən sonra Rusiya ilə ABŞ arasında münasibətlər də bərpa olacaq”, – Jirinovski bildirib.
Bundan əvvəl Çin Jirinovskinin İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə bağlı proqnozunu öyrənmişdi.
Çinli analitiklər qeyd edirlər ki, rusiyalı siyasətçinin fikirləri beynəlxalq münasibətləri dərindən dərk etməsinə əsaslanır, ona görə də dəyərli məlumatlar əldə etmək üçün onun açıqlamaları ortaya çıxarılmalıdır.Globalinfo.az