Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyətinin təyyarəsi, məlumata görə, Bakıya eniş edib.
DenMedia.az xəbər verir ki, bu barədə Flightradar24.com saytının məlumatında deyilir.
Simonyanı gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İrəvandan uçuş 50 dəqiqə davam edib. Uçuşun birbaşa İrəvandan Bakıya olması diqqət çəkib.
Qeyd edək ki, bu, Azərbaycanın paytaxtı Bakıya Ermənistan nümayəndə heyətinin ilk rəsmi səfəridir.