UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Benfika" ilə qarşılaşmada qələbə qazanan "Qarabağ" klubu vətənə qayıdıb.
Denmedia.az xəbər verir ki, komandamızı Bakıya gətirən təyyarə az əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ağdam təmsilçisinin nümayəndələri, azarkeşlər və media mənsubları qarşılayıblar.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu 1 oktyabr Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.