Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.
Denmedia.az xəbər verir ki, bu barədə Yeni Klinika məlumat yayıb.
Qeyd olunub ki, Ləman Qulamova koma vəziyyətindən çıxıb:
"2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti ağır stabildir.
Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir.
Tənəffüs paterni (xəstənin nəfəs alıb-vermə tərzinin xarakteri) hələlik tam normallaşmadığından, intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir"

