Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Prezident Vladimir Putinin canlı yayımda çıxışının Qərbə açıq siqnal olduğunu bildirib.
Denmedia.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Deputatın sözlərinə görə, dövlət başçısının çıxışı Rusiyanın dinc yanaşı yaşamağa hazır olduğunu nümayiş etdirib.
Kolesnik qeyd edib ki, sülh birtərəfli deyil, qarşılıqlı prosesdir və real addımlar tələb edir:
“Bu birbaşa xətt bizim dinc yaşamağa hazır olduğumuzun siqnalını göndərdi. Lakin dinc yanaşı yaşamaq ikitərəfli yoldur. Yalnız təhdidlər yox, irəliyə doğru addımlar da olmalıdır”.
O, Qərb ölkələrinin, xüsusilə də Kalininqrad bölgəsi ilə bağlı səsləndirdiyi təhdidlərə diqqət çəkərək bildirib ki, bu cür bəyanatlar davamlı xarakter alıb. Deputatın sözlərinə görə, Qərbdə Rusiyaya qarşı ya regionu məhv etməklə, ya da ölkənin dərinliklərinə zərbələr endirməklə hədələyən ritorika tez-tez səslənir.
Kolesnik çıxışının sonunda bildirib ki, Rusiya müharibəni başlatmaq niyyətində deyil, lakin ona son qoymağa qadirdir:
“Əgər bizə zərbə endirməyə cəhd etsələr, Avropa məhv olacaq. Prezidentin dediyi kimi, biz bu müharibəni başlatmayacağıq, amma ona son qoyacağıq”.

