ABŞ hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin strateji hücum silahlarının azaldılması haqqında müqavilənin (DSNV / START-3) müddətinin daha bir il uzadılması ilə bağlı təklifini qəbul etməlidir. Bu barədə Bloomberg yazır.
Məqalədə qeyd olunur ki, 5 fevralda müddəti başa çatan START-3 müqaviləsinin rəsmi şəkildə uzadılması artıq mümkün deyil. Lakin ötən ilin payızında Putin onun müddəalarının 2027-ci ilin fevralına qədər könüllü şəkildə qorunmasını təklif edib. Materialın müəllifləri hesab edirlər ki, Vaşinqton bu təşəbbüsə skeptik yanaşa bilər, çünki müqavilədə nəzərdə tutulan inspeksiyalar olmadan ABŞ Rusiyanın razılaşmaya əməl etdiyinə əmin ola bilməz.
Bununla belə, Moskvanın təklifinə razılıq verilməsi inspeksiyaların bərpası üçün şərait yarada və Rusiya ilə ABŞ arasında etimadın yenidən qurulmasına töhfə verə bilər.
Qeyd olunur ki, 9 yanvar tarixində ABŞ prezidenti Donald Trump DSNV-nin müddətinin başa çatmasına soyuqqanlı reaksiya verib.
“Bitərsə, bitsin. Sadəcə daha yaxşı bir razılaşma bağlayarıq”, — deyə Tramp bildirib.

