Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən “Al Market”də (Nənəmin təndiri ilə üzbəüz) alıcı xoşagəlməz vəziyyətlə üzləşib. Aldığı məhsulun üzərindəki tarix diqqət çəkib.
Bu barədə DenMedia.az-a vətəndaşın özü məlumat verib.
Məlum olub ki, məhsulun istehsal tarixi 17.03.2025, son istifadə tarixi isə 20.04.2025 göstərilib. Yəni məhsulun istifadə müddəti artıq çoxdan bitməsinə baxmayaraq satışda saxlanılıb.
Vətəndaşın sözlərinə görə, bu, təkcə bir məhsul deyil, mağazalarda bu kimi hallara tez-tez rast gəlinir. Məhz bununla bağlı aidiyyəti qurumların ciddi tədbirlər görməsini tələb edirlər.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qaydalarına əsasən, müddəti bitmiş məhsulların satışa çıxarılması qanun pozuntusu hesab olunur və belə hallara yol verən ticarət obyektləri inzibati qaydada cərimələnir.
Ellada Rəsul
DenMedia.az