Ağstafa şəhəri, Ü.Hacıbəyli küçəsi, 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində AQTA əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən Den.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər müəyyən edilib.
Yoxlama zamanı müəssisədə 109 ədəd saxtalaşdırılmış "Banketnaya" əmtəə nişanlı araq, 606 ədəd etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış limonad, 621 ədəd etiket məlumatlarında uyğunsuzluq olan “Pinnochio” əmtəə nişanlı limonad məhsulu aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlandı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.