ABŞ-ın Vaşinqton ştatının qubernatoru Bob Ferguson sosial media hesabında Ramazan ayının tanınması ilə bağlı açıqlama yayıb. O, ştatda yaşayan müsəlmanların cəmiyyətin ayrılmaz hissəsi olduğunu vurğulayıb.
Ferguson bildirib ki, müsəlman icması təhsil, səhiyyə, iqtisadiyyat, texnologiya, incəsənət və vətəndaş cəmiyyəti sahələrində mühüm töhfələr verir. O, həmçinin xatırladıb ki, Vaşinqton Ramazan və Qurban bayramlarını rəsmi tətil kimi tanıyan ilk ştatdır və artıq Ramazan ayı da rəsmi şəkildə tanınıb.
Oruc və dua ilə Ramazana başlayan minlərlə müsəlman Vaşinqtonlunu təbrik edirəm. Vaşinqton ştatı müsəlman icmalarımızı dəstəkləyir, – deyə Ferguson qeyd edib.

