Daily Mail nəşrinin məlumatına görə, Yer kürəsində Şuman rezonansı adlanan təbii vibrasiyanın intensivliyi artıb.
Astronomların sözlərinə görə, bu “uğultulu” dalğalanma normal haldır, lakin son həftələr qeyri-adi sıçrayışlar müşahidə olunub.
Alimlər hesab edirlər ki, belə dəyişikliklər insanların əhvalına və koqnitiv funksiyalarına təsir göstərə bilər. Bəzi versiyalara görə, rezonansın güclənməsi əzələ gərginliyi, yorğunluq və şüurun bulanıqlığı ilə əlaqəli ola bilər.
Lakin həkimlər bu iddiaları ehtiyatla qarşılayır və bildirirlər ki, nəzəriyyə hələlik ciddi klinik tədqiqatlarla təsdiqlənməyib.
Qeyd olunur ki, bu ay maqnit qasırğalarının intensivliyi 5.0 səviyyəsini keçib. Bu isə xüsusilə həssas insanlarda müəyyən narahatlıqlar yarada bilər.

