Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bu gün dayandırıb.
DenMedia.az xəbər verir ki, bu barədə report-a cavab olaraq Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avtobus reysinin fəaliyyəti ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

