İranın sonuncu şahının oğlu Rza Pəhləvi İslam Respublikasının infrastrukturunun “repressiya və terror” üçün istifadə edildiyini bəyan edib.
O, mövcud rejimin “sökülməsinə” çağırış edib.
Pəhləvinin sözlərinə görə, ölkənin mülki infrastrukturu İran xalqına məxsusdur və qorunmalıdır.
Rza Pəhləvi həmçinin ABŞ prezidenti Donald Trampa və İsrailin baş naziri Benyamin Netanyahuya müraciət edib.
O, rejim strukturlarına zərbələrin davam etdirilməsini, lakin mülki obyektlərin zədələnməməsini istəyib.
Pəhləvi əlavə edib ki, ABŞ və İsrailin dəstəyi ilə “İranın azadlıq saatı yaxındır.”

