İslam İnqilabı Keşikçiləri Korpusu (KSEİ) bəyan edib ki, Ağ Ev İrandakı universitetlərə edilən zərbələri qınamazsa, Yaxın Şərqdə yerləşən ABŞ universitetləri hücumlara məruz qala bilər. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
“Əgər ABŞ administrasiyası regiondakı universitetlərinin (iki istisna olmaqla) hədəfə alınmasını istəmirsə, 30 mart saat 12:00-dək (Moskva vaxtı ilə 11:30) İrandakı ali təhsil müəssisələrinə edilən zərbələri qınamalıdır.”
İranda bildirilib ki, Yaxın Şərqdə yerləşən iki ABŞ universiteti Vaşinqtonun mövqeyindən asılı olmayaraq məhv ediləcək. Bu addım İran universitetlərinin bombalanmasına cavab kimi qiymətləndirilir.
“Bu, qisas tədbiri kimi həyata keçiriləcək.”
Eyni zamanda bəyanatda hansı universitetlərin nəzərdə tutulduğu açıqlanmayıb.

