Bu gün Azərbaycanda 9 May — Faşizm üzərində Qələbə Günü qeyd olunur.
1945-ci ilin məhz bu günündə nasist Almaniyası üzərində qələbə elan edilib və İkinci Dünya müharibəsinin Avropadakı ən qanlı mərhələsi başa çatıb.
Azərbaycan xalqı da həmin müharibədə böyük itkilər və ağır sınaqlarla üzləşib.
Tarixi məlumatlara görə, müharibə illərində Azərbaycandan cəbhəyə təxminən 600 min nəfər göndərilib. Onların yarıdan çoxu döyüşlərdən geri qayıtmayıb.
Azərbaycan nefti isə Sovet ordusunun əsas yanacaq mənbələrindən biri olub. Müharibə dövründə istifadə olunan yanacağın böyük hissəsi Bakıdan təmin edilib.
Bu gün ölkənin müxtəlif bölgələrində faşizm üzərində qələbənin ildönümü ilə bağlı tədbirlər keçirilir, müharibə veteranlarının xatirəsi yad olunur.

