Bu gün, mayın 9-da Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.
Dövlət başçısı və birinci xanım 360 şagird yerlik məktəbdə, həmçinin kənddə inşa edilən fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.
Onlar kəndə köçən sakinlərlə görüş keçiriblər.
Prezident sakinlərə evlərin açarlarını təqdim edib.
Daha sonra prezident və birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının 150 çarpayılıq yeni binasında aparılan tikinti işləri ilə tanış olublar.
Səfər çərçivəsində dövlət başçısı həmçinin Cəbrayılın Soltanlı kəndində AzerEnerji “AzərEnerji” ASC-yə məxsus 330 kilovoltluq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.

