Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü münasibətilə Nəsimi adına mədəniyyət və istirahət parkında atəşfəşanlıq təşkil olunub.
Denmedia.az xəbər verir ki, möhtəşəm mənzərə Göyərçin abidəsinin yaxınlığında baş tutub.
Atəşfəşanlığı izləmək üçün yüzlərlə şəhər sakini parkda toplaşıb. Rəngarəng görüntülər gecə səmasını bəzəyib, yubiley sevincini yaşayan sumqayıtlılara unudulmaz anlar yaşadıb.
Bu gün Sumqayıt üçün yalnız təqvimdə qeyd olunan tarix yox, həm də qürur, sevgi və doğmalıq günüdür. 1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıt 77 il ərzində inkişaf yolu keçərək bu gün özünəməxsus gözəlliyi, müasir görünüşü və dinamikliyi ilə seçilən şəhərlərdən birinə çevrilib.
Doğma şəhərin yubileyini qeyd edən sakinlər , eləcə də Sumqayıta təşrif buyuran turustlər bu əlamətdar günü bayram əhval-ruhiyyəsi ilə qarşılayıblar.
Atəşfəşanlıq isə 77 yaşlı Sumqayıtın yubileyinə daha bir rəng qatıb.

